...

Həftənin iş günü Azərbaycanda hava necə olacaq?

Cəmiyyət Materials 3 İyun 2012 18:34 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq.
Həftənin iş günü Azərbaycanda hava necə olacaq?

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Sabah Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Əksər rayonlarda temperatur gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti