...

Azərbaycan pensiyaçılara sorğu xidmətlərinin təqdim edilməsini avtomatlaşdırıb

Cəmiyyət Materials 4 İyun 2012 13:21 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçılara məlumat-sorğu xidmətlərinin təqdim edilməsi prosedurunu tam avtomatlaşdırıb.
Azərbaycan pensiyaçılara sorğu xidmətlərinin təqdim edilməsini avtomatlaşdırıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçılara məlumat-sorğu xidmətlərinin təqdim edilməsi prosedurunu tam avtomatlaşdırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DSMF-nin yaydığı məlumatda deyilir.

Xidmət "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu xidmət pensiyanın təyin olunma tarixi, məbləği və növü barədə fərdi məlumatın pensiyaçıya verilməsini əhatə edir.

İnteraktiv növlü bu elektron xidmətin istifadəçiləri fiziki şəxslərdir. Elektron imzaya malik pensiyaçı pensiyasının təyin olunma tarixi, məbləği və növü barədə fərdi məlumatın əldə edilməsi üçün "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə sorğu verir.

Sorğu dərhal icraya qəbul olunur. İnzibati prosedurun nəticəsi barədə əmək pensiyası hüququ olan şəxsə elektron formada bildiriş verilir.

Xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.

Xəbər lenti

Xəbər lenti