...

Azərbaycan UNESCO üçün çox önəmli tərəfdaşdır

Cəmiyyət Materials 4 İyun 2012 11:53 (UTC +04:00)
Azərbaycan UNESCO üçün çox önəmli tərəfdaşdır.
Azərbaycan UNESCO üçün çox önəmli tərəfdaşdır

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan UNESCO üçün çox önəmli tərəfdaşdır. Trend-in məlumatına görə, bunu UNESCO-nun Azəbaycandakı Milli Komissiyasının I katibi Günay Əfəndiyeva Azərbaycan Milli Emlər Akademiyasının İnsan Hüquqları İnstititu, UNESCO-nun Azərbaycandakı Milli Komissiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan və UNESCO 20 il: davamlı inkişaf " mövsunda keçirlən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanla UNESCO arasında müxtəlif sahələr üzrə çox uğurlu əməkdaşlıq əlaqələri yaradılıb və hazırda bu əməkdaşlığın daha da genişləndirilməsi üçün işlər aparılır.

UNESCO-nun Azərbaycanın layihələrini həmişə dəstəklədiyini deyən Əfəndiyevanın sözlərinə görə, 20 il əvvəl Azərbaycan UNESCO-ya üzv qəbul olunub. Hazırda Azərbaycan UNESCO-nun bir çox alt komitələrinə üzvdür.

"20 il ərzində çox uğurlu əməkdaşlıq olub və bu əməkdaşlıq məticəsində 20 il ərzində müxtəlif tədbirlər keçirilib. 20 il ərzində Azərbaycan müxtəlif tədbirlərə ev sahibliyi edib. Bütün bu tədbirlərdə UNESCO tərəfdaş kimi cıxış edib. Bu, demək olar ki, UNESCO-nun Azərbaycana göstərdiyi etimaddır", - təşkilat rəsmisi əlavə edib.

İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, UNESCO Azərbaycanın maraqlarının təmin olunmasında çox böyük işlər aparıb. Bunu Azəbaycan üçün çox əhəmiyyətli sayan Mustafayeva deyib ki, Azərbaycanda bir çox millətlər yaşayır, onların mədəniyyətlərinin, dinlərinin qorunması ilə bağlı ölkədə heç vax problem olmayıb.

"Tolerantlıq baxımından Azərbaycan bir çox ölkələr üçün nümunədir", - Mustafayeva qeyd edib.

O əlavə edib ki, UNESCO Azərbaycana təhsl sahəsindəki problemlərin həlli üçün də yardım edir.

Xəbər lenti

Xəbər lenti