...

Sabah Azərbaycanın bəzi ərazilərində temperatur 36 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 4 İyun 2012 12:40 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturu 33 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanın bəzi ərazilərində temperatur 36 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir K.Zərbalıyeva/

Sabah Bakıda havanın temperaturu 33 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə olacağı gözlənilir.

Respublikanın rayonlarında isə hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

İyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

İyunun 6-7-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti