...

Trend BİA ixtisaslaşdırılmış Xəbərlər Terminalı müştəri interfeysini tətbiq edib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2012 09:00 (UTC +04:00)
Trend BİA agentliyin ödənişli xəbər məhsullarına çevik çıxışı təmin edən ixtisaslaşdırılmış Xəbərlər Terminalı müştəri interfeysini tətbiq edib
Trend BİA ixtisaslaşdırılmış Xəbərlər Terminalı müştəri interfeysini tətbiq edib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Trend BİA agentliyin ödənişli xəbər məhsullarına çevik çıxışı təmin edən ixtisaslaşdırılmış Xəbərlər Terminalı müştəri interfeysini tətbiq edib. Terminalın fərqli xüsusiyyəti ondadır ki, Trend-in müştəriləri özləri yalnız onları maraqlandıran mövzu, bazar, ölkə və regionlar üzrə xəbərləri oxumaq üçün interfeysin işini qura biləcəklər.

Proqram hər 30 saniyədən bir yenilənərək agentliyin müştərilərinə xarakter etibarilə işgüzar və hadisələrlə dolu informasiyaları operativ əldə etmək imkanı verir. İstifadəçilərdən səhifəni yeniləmək tələb olunmadan, Terminal yeni xəbərləri online rejimdə avtomatik olaraq çıxarır. Trend-in müştəriləri hər gün Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində iqtisadiyyat, maliyyə və siyasət sahələrində 350-dən artıq xəbərə çıxış imkanı əldə edə, 2006-cı ilin əvvəlindən başlayaraq arxivdən istifadə edə bilərlər.

Proqramda Neft və qaz, Biznes, Siyasət, İT və başqa bu kimi kateqoriyalar üzrə xəbərləri seçmək imkanı yaradılıb. Trend Terminal-ın istifadəçiləri Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya ölkələri üzrə xəbərləri də filtrasiya edə bilərlər.

Xəbər Terminalından agentliyin fərdi "Login" və "Parol"a malik cari müştəriləri istifadə edə bilərlər. Yeni istifadəçilər ödənişli əsasda qeydiyyatdan keçə və buradan Trend Terminal-a çıxış əldə edə bilərlər.

Bu müştəri proqramının buraxılışı Trend BİA-nın agentliyə beynəlxalq xəbərlər bazarında öz mövqelərini möhkəmləndirməyə imkan verən inkişaf strategiyasının bir hissəsidir.
1995-ci ildə Azərbaycanda yaradılmış TREND müstəqil informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür.
Moody's International TREND-ə sertifikat verib və agentliyin keyfiyyət idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib. 2010-cu ildə TREND Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.
TREND-in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

Xəbər lenti

Xəbər lenti