...

Ötən ay Azərbaycandan 900-ə yaxın əcnəbi çıxarılıb

Cəmiyyət Materials 4 İyun 2012 18:36 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 900-ə yaxın əcnəbi vətəndaş ölkədən çıxarılıb.
Ötən ay Azərbaycandan 900-ə yaxın əcnəbi çıxarılıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 900-ə yaxın əcnəbi vətəndaş ölkədən çıxarılıb.

DMX-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmət əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb.

Keçirilmiş tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib, bir sıra sahibkarlıq subyektləri və əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.

Həmçinin, may ayı ərzində 1238 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 355 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 777 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 106 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4872 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti