...

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Baş Assambleyanın prezidenti seçilib

Cəmiyyət Materials 5 İyun 2012 09:39 (UTC +04:00)
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib.
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Baş Assambleyanın prezidenti seçilib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib.

Trend çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 4-də YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının IV iclası öz işinə başlayıb. Azərbaycan bu sessiyanın prezidenti seçilib.

Sessiyanın açılışında prezident, beş vitse-prezident və məruzəçidən ibarət iclasın bürosu seçilib. Ölkəmizin təmsil olunduğu ikinci seçki qrupunun üzvləri tərəfindən Azərbaycanın namizədliyi irəli sürülüb.

Serbiya, Burkina Faso, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri Azərbaycanın namizədliyini yüksək qiymətləndirib. Beləliklə, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib.

Qeyd edək ki, 2010-cu ilin 22-24 iyun tarixində Fransa Respublikasının Paris şəhərində YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyasında Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

Xəbər lenti

Xəbər lenti