...

Azərbaycandakı istedadlı şagirdlərin sayı açıqlanıb

Cəmiyyət Materials 5 İyun 2012 11:12 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili üçün ölkədəki istedadlı şagirdlərin sayını müəyyənləşdirib.
Azərbaycandakı istedadlı şagirdlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili üçün ölkədəki istedadlı şagirdlərin sayını müəyyənləşdirib. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

İstedadlı şagirdlərin seçimi 8, 9 və 10-cu sinif şagirdləri arasında aparılıb. Hazırda ölkədə 1184 istedadlı 8-10-cu sinif şagirdi var. İstedadlı şagirdlərin seçimi 4 fənn - kimya, biologiya, fizika və riyaziyyat üzrə müəyyənləşir.

Nazirlikdən bildirilib ki, növbəti tədris ili üçün respublika üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi üçün noyabrda müsabiqə keçiriləcək. Müsabiqədə şagirdlərin istedad səviyyəsi görkəmli alimlər tərəfindən hazırlanmış xüsusi testlər vasitəsilə yoxlanılacaq. Bunun üçün onlara 50 sualdan ibarət test xarakterli, nisbətən mürəkkəb çalışmalar təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti