...

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 5 İyun 2012 12:02 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə çatacaq.
Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə çatacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 6-7-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İyunun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 15-20, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti