...

Naxçıvanın Təhsil Nazirliyinə orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasını keçirmək hüququ verilib

Cəmiyyət Materials 5 İyun 2012 13:23 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasınıdakı (MR) orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası MR-in Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.
Naxçıvanın Təhsil Nazirliyinə orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasını keçirmək hüququ verilib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Naxçıvan Muxtar Respublikasınıdakı (MR) orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası MR-in Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin bu ilin fevralında imzaladığı "Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə" sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na dəyişiklik edib.

İndiyədək isə bütün Azərbaycan ərazisindəki təhsil müəssisələrinin akkreditasiyasını Təhsil Nazirliyi həyata keçirib.

Xəbər lenti

Xəbər lenti