...

Azərbaycan və İngiltərə gənclər təşkilatları arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 5 İyun 2012 15:44 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ingiltərəli lordlar - Lord Muhamed Şeyx, Lord Patel (Lord Patel of Bradford), Lord Risbi və Lord Dikeslə iki ölkənin gənclər təşkilatları arasında daha sıx qarşılıqlı əməkdaşlığı müzakirə edib.
Azərbaycan və İngiltərə gənclər təşkilatları arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ingiltərəli lordlar - Lord Muhamed Şeyx, Lord Patel (Lord Patel of Bradford), Lord Risbi və Lord Dikeslə iki ölkənin gənclər təşkilatları arasında daha sıx qarşılıqlı əməkdaşlığı müzakirə edib. Bu barərə çərşənbə axşamı Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə, həmçinin İngiltərədə təhsil alan azərbaycanlı tələbələr üçün İngiltərə parlamentində bir sıra görüşlərin keçirilməsi, onların bir araya gəlmələri, İngiltərədə Azərbaycan gününün keçirilməsi kimi təkliflər irəli sürülüb.

Görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar və London Yay Olimpiya Oyunlarına hazırlıqdan danışılıb.

Bununla yanaşı, hər iki ölkənin idmançılarının təcrübə mübadiləsi keçməsi fikri də təklif edilib.

Görüşdə Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti