...

Azərbaycanda IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 5 İyun 2012 19:30 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 3-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 3-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 3-də ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Ana dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

Xəbər lenti

Xəbər lenti