...

"Excelsior Hotel Baku" açıq hovuz ətrafında yay mövsümünü açıq elan edib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2012 18:03 (UTC +04:00)
"Excelsior Hotel Baku" hotelininin açıq hovuzu ətrafında yay mövsümünün açılışı ilə bağlı tədbir keçirilib.
"Excelsior Hotel Baku" açıq hovuz ətrafında yay mövsümünü açıq elan edib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

"Excelsior Hotel Baku" hotelininin açıq hovuzu ətrafında yay mövsümünün açılışı ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə iştirak edən qonaqlara yay mövsümü ilə bağlı mövcud olan şərait barədə təqdimat edilib. Tədbirdə canlı musiqi səslənib və qonaqlar arasında "AtaBank" ASC, "AtaSığorta" ASC və "AtaTravel" MMC tərəfindən təqdim olunan hədiyyələrlə lotoreya oyunu keçirilib.

"Excelsior Hotel Baku" hotelinin baş meneceri Natalya Solovyova çıxışında bildirib ki, isti yay günlərində uzağa gedərək dincəlmək imkanı olmayanlar üçün hoteldə gözəl şərait olacaq. Böyüklər və uşaqlar üçün hovuzlar yay mövsümünün başlanması ilə əlaqədar tamamilə yenilənib və qarşıdakı həftədə çimərlik mebelinin və çətirlərin alınması gözlənilir.

Açıq hovuz ətrafında istirahəti yeni menyudan yeməklər, ev limonadı və şirniyyatlar tamamlayacaq. Burada futbol üzrə Avropa çempionatı 2012-nin keçirildiyi müddətdə bütün oyunları açıq hovuz ətrafında 6m x 4m ölçüdə və HD keyfiyyətində böyük ekrandan izləmək mümkün olacaq. Hotel şəhərin mərkəzində olmasına baxmayaraq, bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Açıq və qapalı hovuz hər bir kəsə istənilən havada istirahət etməyə imkan verir. Hotelin və sağlamlıq mərkəzinin qonaqlarına açıq hovuz ətrafında kafe və bar, yeni Avropa və milli mətbəxin menyusu ilə "Belveder" restoranı xidmət göstərir. Yay mövsümünün açılışı ilə bağlı Avro-2012 oyunlarının izlənməsi və açıq hovuza giriş üçün güzəştli qiymətlər təyin edilib.

Qeyd edək ki, burada eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş "Aura" sağlamlıq mərkəzi də fəaliyyət göstərir. Sağlamlıq mərkəzində müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Bundan başqa, burada spa, sauna, gimnastika, aerobika, stolüstü tennis və skvoş kortları fəaliyyət göstərir və aerobika, yoqa, pilates dərsləri keçirilir.

Hotelin sadalanan imkanlarından istifadə etməklə, xüsusilə də musiqiçilərin ifasında canlı musiqini dinləməklə burada bol əyləncə ilə dolu gözəl bir gün keçirmək olar.

Xəbər lenti

Xəbər lenti