...

Azərbaycan sinoptikləri xəbərdarlıq edir

Cəmiyyət Materials 7 İyun 2012 12:44 (UTC +04:00)
İyunun 8-dən 10-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amil olsa da, 8-9-da güclü külək bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Azərbaycan sinoptikləri xəbərdarlıq edir

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir M.Əliyev/

İyunun 8-dən 10-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amil olsa da, 8-9-da güclü külək bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 8-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, şimal küləyinin gün ərzində güclənəcəyi ehtimal olunur.

Paytaxtda və yarımadada havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti olacaq. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti