...

Azərbaycanda işçilərin maaşından həmkarlar ittifaqına üzvlük haqları tutulacaq

Cəmiyyət Materials 7 İyun 2012 15:04 (UTC +04:00)
Trend-in məlumatına görə, qanuna təklif olunan dəyişikliyə görə, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin etməli və dörd iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir.
Azərbaycanda işçilərin maaşından həmkarlar ittifaqına üzvlük haqları tutulacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclis "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edəcək.

Trend-in məlumatına görə, qanuna təklif olunan dəyişikliyə görə, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin etməli və dörd iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir.

Əlavə Milli Məclisin cümə axşamı keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti