...

Baş Prokurorluğun əməkdaşı prokurorluq orqanlarından xaric edilib

Cəmiyyət Materials 7 İyun 2012 18:30 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğun əməkdaşı prokurorluq orqanlarından xaric edilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Baş Prokurorluğun əməkdaşı prokurorluq orqanlarından xaric edilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycan Baş Prokurorluğun əməkdaşı prokurorluq orqanlarından xaric edilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vüsal Orucov prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, eyni zamanda, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 31 may 2012-ci il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib.

Xəbər lenti

Xəbər lenti