...

Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilir

Cəmiyyət Materials 9 İyun 2012 11:21 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla əlaqədar şənbə günü test imtahanı keçirilir
Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilir

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir M.Əliyev/

Ədliyyə orqanlarına qulluğa qəbulla əlaqədar şənbə günü test imtahanı keçirilir. Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə bildirib ki, imtahanda iştirak etmək üçün 338 namizəd müraciət edib.

O deyib ki, test imtahanlarında iştirak üçün namizədlərin yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayət edib.

Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək. Vakant ştat vahidləri əsasən, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.

İmtahanda iştirak edən namizədlər əsasən, gənclərdir. Hər 4 namizəddən biri qadındır.

İmtahanda müşahidəçi kimi iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev jurnalistlərə bildirib ki, test imtahanı tam aşkarlıq şəraitində keçirilir.

"Azərbaycan hüquqi demokratik dövlətdir və hüquqşünasların peşə biliklərinin yüksək səviyyədə olması vacibdir", - Rzayev deyib. Onun sözlərinə görə, bugünkü imtahanda iştirak edənlərin 80 faizə qədəri gənclərdir ki, onlardan da 70 faizə yaxını işsizdir.

Test imtahanında namizədin hüquqi biliklərinin, məntiqi nəticə çıxarmaq qabiliyyətinin və ümumi dünyagörünüşünü müəyyən etmək üçün 100 sual təqdim olunub.

İmtahanda 55 və daha artıq bal toplamış, həmçinin bundan sonra aparılmış yoxlamanın nəticələrinə əsasən, qanunvericiliklə ədliyyə orqanlarında çalışmaq üçün müəyyən edilmiş tələblərə cavab verən şəxslər II mərhələyə - söhbətə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti