...

Azərbaycanın turizm obyektlərində yoxlamalara başlanılıb

Cəmiyyət Materials 11 İyun 2012 11:07 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi bu gündən Azərbaycanın turizm bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə yoxlamalar aparmağa başlayıb.
Azərbaycanın turizm obyektlərində yoxlamalara başlanılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi bu gündən Azərbaycanın turizm bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə yoxlamalar aparmağa başlayıb. Bu barədə Trend-ə bazar ertəsi nazirliyin Turizm şöbəsindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, yoxlamaların məqsədi mehmanxana və mehmanxana tipli obyektlərin yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək, turistlərə göstərilən turizm xidmətlərinin keyfiyyətini və qiymətlərini araşdırmaqdır.

Monitorinqin nəticələrindən asılı olaraq, fəaliyyətində nöqsanlar olan turizm obyektlərinə qarşı müxtəlif tədbirlər görüləcək. Daha ciddi nöqsanları olan mehmanxanaların hətta lisenziyaları da ləğv edilə bilər.

Bununla yanaşı, monitorinqin nəticələrinə uyğun olaraq, fəaliyyətində nöqsanlar müşahidə edilən mehmanxanalarla bağlı tədbirlərin görülməsi üçün müvafiq olaraq Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinə müraciət ediləcək.

Nazirlikdən yay turizm mövsümünün rəsmi açılış mərasiminin iyunun 13-də keçiriləcəyini də bildiriblər.

Xəbər lenti

Xəbər lenti