...

Nazirlər Kabinetinin "əməkdaşı" dələduzluğa görə həbs olunub

Cəmiyyət Materials 11 İyun 2012 14:29 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bərdə rayon sakininin özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən İmamverdiyev Ramin Baba oğlunun qanunsuz hərəkətləri barədə "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Nazirlər Kabinetinin "əməkdaşı" dələduzluğa görə həbs olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bərdə rayon sakininin özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən İmamverdiyev Ramin Baba oğlunun qanunsuz hərəkətləri barədə "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, İmamverdiyev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özbaşına özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək Bərdə rayonu Türkmən kəndi ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən bu ilin aprelində 10 min 100 manat, rayonun Gərənə kəndi ərazisində isə 20 min ABŞ dolları müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edərək may ayında həmin puldan 10 min ABŞ dollarını alıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhəri, Q.Qarayev prospekti, 59 saylı ünvanda yerləşən "McDonalds" kafesinin yaxınlığında İmamverdiyev əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini, yəni 8 min manatı Bərdə rayon sakinindən alarkən cinayət başında yaxalanıb.

Beləliklə, İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25 905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.

Fakta görə, İmamverdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İmamverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti