...

TQDK bəzi rayon və şəhərlərdə keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 11 İyun 2012 14:35 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də tam və ümumi orta təhsil səviyyələri üzrə keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb.
TQDK bəzi rayon və şəhərlərdə keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də tam və ümumi orta təhsil səviyyələri üzrə keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi saytında yerləşdirilib.

İyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərinin orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri imtahan veriblər.

Xəbər lenti

Xəbər lenti