...

"Bakı Kristal Zalı"nın Mədəniyyət Nazirliyinin tabeliyində olub-olmaması məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 12 İyun 2012 11:47 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi məkanın - "Bakı Kristal Zalı"nın rəhbərlik etdiyi nazirliyin tabeliyində olub-olmaması ilə bağlı səslənən məlumatlara aydınlıq gətirib.
"Bakı Kristal Zalı"nın Mədəniyyət Nazirliyinin tabeliyində olub-olmaması məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi məkanın - "Bakı Kristal Zalı"nın rəhbərlik etdiyi nazirliyin tabeliyində olub-olmaması ilə bağlı səslənən məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, nazir çərşənbə axşamı jurnalistlərə müsahibəsində deyib ki, "Bakı Kristal Zalı" Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil. O, müstəqil müəssisədir.

"Yəqin ki, orada yalnız mədəniyyətlə bağlı tədbirlər deyil, həm də idman və digər sahələr üzrə tədbirlər keçirilə bilər. Düşünürəm ki, bu gün belə böyük müəssisələrin dövlətə bağlanılması düzgün deyil. Çünki dövlətin bunu saxlamağa imkanı yoxdur. Bunun hansısa kommersiya yolu ilə səmərəli işlənməsi və dövlətə xeyir verməsi təmin edilməlidir", - Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti