...

"Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı" mövzusunda milli konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2012 12:41 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) və Təhsil Nazirliyi Ümidli Gələcək Gənclər Təşkilatı, YUNİSEF-in Azərbaycan nümayəndəliyi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, "Əflatun" – Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində "Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: gələcək naminə bərabər imkanlar" mövzusunda milli konfrans keçirib.
"Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı" mövzusunda milli konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) və Təhsil Nazirliyi Ümidli Gələcək Gənclər Təşkilatı, YUNİSEF-in Azərbaycan nümayəndəliyi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, "Əflatun" - Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində "Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: gələcək naminə bərabər imkanlar" mövzusunda milli konfrans keçirib.

AMB-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, konfransın əsas məqsədi uşaqlara erkən yaşlarından maliyyə bacarıqlarını, düzgün maliyyə davranışını aşılamaqla onların və bəşəriyyətin gələcək rifahının yüksəldilməsidir.

Konfransda xüsusi olaraq vurğulanıb ki, son zamanlar bütün dünyada əhalinin maliyyə savadlılığının aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. Davam etməkdə olan maliyyə böhranı şəraitində dünya ictimaiyyəti tərəfindən maliyyə savadlılığı əsas həyat bacarıqlarından biri kimi dəyərləndirilir, maliyyə və iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir.

Tədbirdə Mərkəzi Bankın və Təhsil Nazirliyinin məsul əməkdaşları, YUNİSEF-in Azərbaycan ofisinin rəhbəri, "Əflatun" - Beynəlxalq Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə proqram rəhbəri, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun nümayəndəsi, eləcə də müxtəlif dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatların, bank və digər maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti