...

Azərbaycanda tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2012 13:04 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri davam etdirilir.
Azərbaycanda tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti belə tədbir bu gün Azərbaycan Turizm İnstitutunda keçirilib.

Tədbirdə 57 müəssisə və təşkilat tərəfindən 405 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 3-ü dövlət, 54-ü qeyri-dövlət müəssisələridir. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda, işaxtaran vətəndaşların layiqli işlə təminatına kömək etmək olub.

Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri şirkət və şirkətlərdən "European Tobacco-Baku" ASC, "Azərsun Holdinq" MMC, "Veysəloğlu Yayıcılı Qardaşlar" MMC, "Improtex Travel" MMC, "Atəşgah" Sığorta Şirkəti, "AtaTurizm" MMC, "Paşa Travel" MMC, Qobustan Milli Tarixi-Bədii Qoruğu və digər müəssisələr iştirak ediblər.

Mətbuata müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu vaxtadək Bakı şəhərində "Karyerada ilk addım" devizi altında keçirilmiş tədbirlərdə 903 işəgötürən müəssisə və şirkət iştirak edib, 1184 işəgötürən təşkilat tərəfindən 7510 boş (vakant) iş yeri təqdim olunub. Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 2185 nəfərə göndəriş verilib, 1134 nəfər münasib işlə təmin edilib.

"Karyerada ilk addım" devizi "altında növbəti tədbir 22 iyun 2012-ci il tarixdə "Qafqaz" Universitetində təşkil ediləcəkdir. Cari ilin sonuna kimi bir neçə ali təhsil müəssisəsində də belə tədbirlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti