...

Azərbaycanda turistlər şimal, çənub və qərb bölgələrinə maraq göstərirlər

Cəmiyyət Materials 12 İyun 2012 13:30 (UTC +04:00)
Azərbaycan daxilində turistlər həmişə daha çox şimal, cənub və qərb bölgələrinə maraq göstərirlər.
Azərbaycanda turistlər şimal, çənub və qərb bölgələrinə maraq göstərirlər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan daxilində turistlər həmişə daha çox şimal, cənub və qərb bölgələrinə maraq göstərirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda "İpək Yolu" istiqaməti - Şəki-Qəbələ-Oğuza gedən insanların sayı daha çoxdur. Nazir bunu daha çox həmin rayonların iqlimi və infrastrukturu ilə əlaqələndirib.

Qarayev deyib ki, ölkənin şimal bölgəsinin də turizm imkanları genişlənir, orada yeni hotellər tikilir. Nazirin sözlərinə görə, şimal bölgəsində gedən yolun inşasının tamamlanması oraya nəqliyyatın daha rahat getməsini təmin edib. Buna görə də insanlar oraya çox maraq göstərirlər.

Nazir Aran rayonlarında da turizmin inkişafı məsələsinə münasibət bildirib. O deyib ki, Aran rayonlarında - Kür çayının ətraf ərazilərində gözəl təbiət var.

"Orada da regional inkişaf proqramları çərçivəsində işlər görülür. Amma sözsüz ki, yay mövsümündə Aran rayonlarında hava çox isti olduğu üçün insanları məcbur etmək olmaz ki, buraya getsinlər. Bu, insanların öz seçimidir. Amma onu da deyim ki, orada xüsusiləşdirilmiş turizm növləri mövcuddur. Bu turizm növlərinə payız və yazda maraq daha çox müşahidə olunur", - Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti