...

Avropanın böyük ali məktəblərindən birində Azərbaycanşünaslıq kafedrası yaradılacaq

Cəmiyyət Materials 12 İyun 2012 13:57 (UTC +04:00)
Avropanın ən qədim və böyük ali təhsil ocaqlarından biri olan İtaliyanın La Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrası yaradılacaq.
Avropanın böyük ali məktəblərindən birində Azərbaycanşünaslıq kafedrası yaradılacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Avropanın ən qədim və böyük ali təhsil ocaqlarından biri olan İtaliyanın La Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrası yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanovla İtaliyanın La Sapienza Universitetinin rektoru Luici Frati ilə görüşündə bildirilib.

Azərbaycan Dillər Universitetində İtalyanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini italiyalı rektorun diqqətinə çatdıran təhsil naziri Azərbaycanda italyan dilinə və mədəniyyətinə marağın olduğunu söyləyib.

Nazir La Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrasının yaradılmasının inkişafa hərtərəfli dəstək göstərəcəyini bildirib.

Rektor məsafədən (distant) təhsil məsələsinə toxunaraq qeyd edib ki, əgər rəsmi saziş mövcud olarsa, azərbaycanlı gənclər İtaliyaya gəlmədən də internet vasitəsilə təhsil ala, eyni zamanda, doktorluq dərəcəsi və ixtisasartırma üzrə italiyalı həmkarları ilə birgə elmi araşdırmalar apara bilərlər. Eyni zamanda, bu universitetdə hazırda 4000 tədqiqatçının doktorluq dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə çatdırılıb.

İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüşərkən isə Mərdanov deyib ki, La Sapienza Universitetində yaradılacaq Azərbaycanşünaslıq kafedrası gələcəkdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin mərkəzinə çevrilə bilər. Mərdanov İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasının vacibliyini vurğulayıb, bunun üçün Azərbaycan hökuməti tərəfindən təqaüd ayrılmasının mümkünlüyünü qeyd edib.

Qeyd edək ki, Misir Mərdanov bu yaxınlarda İtaliyada səfərdə olub.

Xəbər lenti

Xəbər lenti