...

"Moore Stephens Azərbaycan" Əfqanıstan üçün MHŞT üzrə hesabatı başa çatdırır (FOTO)

Cəmiyyət Materials 12 İyun 2012 15:58 (UTC +04:00)
"Moore Stephens Azərbaycan" şirkəti Mineral Ehtiyatlarının Hasilati ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2011-ci ilə aid olan hesabatı başa çatdırıb.
"Moore Stephens Azərbaycan" Əfqanıstan üçün MHŞT üzrə hesabatı başa çatdırır (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Moore Stephens Azərbaycan" şirkəti Mineral Ehtiyatlarının Hasilati ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2011-ci ilə aid olan hesabatı başa çatdırıb. Bu, Azərbaycanda MHŞT üzrə 16-cı hesabatdır.

"Bu, "Moore Stephens Azərbaycan" tərəfindən MHŞT üzrə hazırlanmış 9-cu hesabatdır. İlk dəfə biz bu möhtəşəm hesabatı hazırlamaq üçün 2007-ci ildə təyin edilmişdik. Həmin andan başlayaraq, MHŞT üzrə kifayət qədər təcrübə toplamışıq. Azərbaycanda əldə etdiyimiz təcrübə bizə Əfqanıstan İslam Respublikasında MHŞT üzrə 1-ci və 2-ci hesabatlar hazırlamaq məqsədilə keçirilən tenderdə qalib gəlməyə imkan yaradıb. Bir neçə ay çəkən ciddi hazırlıqdan sonra may ayının sonunda hesabatı təqdim etmək və Əfqanıstan Mineral Ehtiyatlarının Hasilatı Ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü Katibliyi tərəfindən təşkil edilən çoxtərəfli görüşdə iştirak etmək məqsədilə Kabulda ezamiyyətdə olduq. Biz əminik ki, MHŞT həm Azərbaycan, həm də Əfqanıstan üçün olduqca əhəmiyyətli bir tədbirdir", - Trend-in məlumatına görə, 16-cı MHŞT hesabatının təqdimatı zamanı "Moore Stephens Azərbaycan" şirkətinin icraçı direktoru Hikmət Allahverdiyev deyib.

MHŞT çoxtərəfli şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür və neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. MHŞT ilkin olaraq 2002-ci ildə elan edilib və 2003-cü ildə təşkil edilib. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Əfqanıstan MHŞT standartlarını tətbiq etməyə strateji əhəmiyyət kəsb edən qərarı 2009-cu ildə verib. Bunun davamı olaraq, 2010-cu ilin fevralında Əfqanıstan MHŞT namizəd üzvü statusunu alıb. "Moore Stephens Azərbaycan" tərəfindən həyata keçirilən iş başa çatdırıldıqdan və hesabatlar hazır olduqdan sonra Əfqanıstan ən yaxın gələcəkdə MHŞT üzrə müstəqil qiymətləndirmə nəticəsində tamhüquqlu üzv statusunu almağı planlaşdırır.

MHŞT haqda daha ətraflı məlumat əldə etmək üçün http://www.eiti.az/azhttp://www.1news.az/economy/oil_n_gas/20120606053417675.html müraciət edin.

Moore Stephens Azerbaijan haqqında: http://www.moorestephens.com/FirmProfile.aspx?ID=3F508EE20BBD53ED42BB50DDC06FD36B

Xəbər lenti

Xəbər lenti