...

Türkiyədə azərbaycanlı tələbələrin məzuniyyət tədbirləri təşkil olunub (FOTO)

Cəmiyyət Materials 13 İyun 2012 05:20 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü, SOCAR Türkiyə və Palmali şirkətlər qrupunun dəstəyi ilə Türkiyə Respublikasının ali təhsil qurumlarında təhsil alan tələbələrimizin təhsillərini başa vurmaları münasibətilə məzuniyyət tədbirləri təşkil olunub. Bu barədə Trend-ə səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.
Türkiyədə azərbaycanlı tələbələrin məzuniyyət tədbirləri təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Çərşənbə axşamı Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü, SOCAR Türkiyə və Palmali şirkətlər qrupunun dəstəyi ilə Türkiyə Respublikasının ali təhsil qurumlarında təhsil alan tələbələrimizin təhsillərini başa vurmaları münasibətilə məzuniyyət tədbirləri təşkil olunub. Bu barədə Trend-ə səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.

Tədbir ilk olaraq, Ankaranın Yenimahalle səmtində yerləşən Ümummilli Liderimizin adını daşıyan parkın ziyarət edilməsi ilə başlamışdır. Ankaraya işgüzar səfər məqsədilə gələn AR Təhsil Nazirinin müavini cənab Qulu Novruzovun başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə məzun olan tələbələrimiz Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, Onun heykəlinin önünə əklil qoymuş və Məzuniyyət Andını oxumuşlar.

Ardından tədbirin ikinci hissəsi Səfirlikdə geniştərkibli iştirakçıların qatılımı ilə davam etmişdir. Burada, AR Təhsil Nazirinin müavini cənab Qulu Novruzov, Türkiyə Respublikası Təhsil Nazirinin müavini Salih Çelik, Türkiyə Respublikası Gənclər və İdman Nazirinin müavini Aslan Karanfil, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri Necdet Ünüvar, TİKA-nın Sədri Serdar Çam, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Səfirliyimizin əməkdaşları, Türkiyə Respublikası Ali Təhsil Şurasının Sədr müavini Muhittin Şimşek, Ankarada fəaliyyət göstərən universitetlərin rektorları və prorektorları, Türkiyə Respublikasının müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Daha sonra çox sayda protokol iştirakçıları çıxış edərək öz ürək sözlərini dilə gətirmişlər.

Səfir Faiq Bağırov öz çıxışında, günün əhəmiyyətindən, ölkəmizin inkişafından və təhsilə göstərilən diqqət və qayğıdan bəhs edərək, məzunlarımızı təbrik etmiş və onlara uğurlar diləmişdir.

AR Təhsil Nazirinin müavini cənab Qulu Novruzov da öz çıxışında, ölkəmizin gənclərin xaricdə təhsilinə verdiyi əhəmiyyətdən, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti və bu siyasətin müvəffəqiyyətli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qərarlı və uğulu addımlarından geniş şəkildə əsaslar gətirərək bəhs etmişdir.

Ardından təhsilində yüksək nəaliyyətlər göstərən məzunlarımıza hədiyyələr təqdim olunmuşdur.

Tədbirin üçüncü hissəsi, Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün movzoleyinin (Anıtkabir) ziyarət edilməsindən ibarət olmuşdur. Tədbir iştirakçıları böyük Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yada etdikdən sonra, onun məzarı üzərinə əklillər qoymuş və daha sonra AR Təhsil Nazirinin müavini Qulu Novruzov Anıtkabir Xatrə Dəftərinə ürək sözlərini yazmışdır.

Ardında tədbir iştirakçıları Ankaranın Keçiören səmtində yerləşən Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək, abidənin önünə əklil qoymuşlar.

Tədbirlərin son mərhələsi Ankarada "Kent Hotel" mehmanxanasında təşkil olunmuş ziyafət olmuşdur. Şən və əyləncəli şəraitdə keçən ziyafətdə məzunlarımız Azərbaycan musiqiləri sədaları altında rəqs etmişlər.

Xəbər lenti

Xəbər lenti