...

İlin sonunadək Bakı metrostansiyalarından birinin ətrafındakı yol qovşağı təhvil veriləcək

Cəmiyyət Materials 13 İyun 2012 13:58 (UTC +04:00)
"Аzəryolservis" ASC ilin sonunadək metronun "Gənclik" metrostansiyasının ətrafındakı yolların yenidən qurulmasını və yeraltı keçidin tikintisini başa çatdırmağı planlaşdırır.
İlin sonunadək Bakı metrostansiyalarından birinin ətrafındakı yol qovşağı təhvil veriləcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

"Аzəryolservis" ASC ilin sonunadək metronun "Gənclik" metrostansiyasının ətrafındakı yolların yenidən qurulmasını və yeraltı keçidin tikintisini başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ASC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.

"İşlərin birinci hissəsi bir ay ərzində istismara təhvil verməklə başa çatacaq. Biz ilin sonunadək bütün işləri tam həcmdə başa çatdırmağı və metronun "Gənclik" stansiyasının yanındakı keçidi açmağı planlaşdırmışıq", - o deyib.

Onun sözlərinə görə, Ziya Bünyadov prospektindəki işlər isə daha mürəkkəbdir. Çünki burada 500-ə yaxın ev və obyektin köçürülməsi tələb olunur.

"Həmin rayonda yolların tikintisində çətinlik yaradan mürəkkəb infrastruktur mövcuddur. Biz həmin yolu gələn ilin ortalarında istismara verməyi planlaşdırırıq", - Qurbanov deyib.

Xəbər lenti

Xəbər lenti