...

Azərbaycanda bir sıra polis avtomobillərindən səsgücləndiricilər çıxarılıb

Cəmiyyət Materials 13 İyun 2012 16:43 (UTC +04:00)
Azərbaycanda bir sıra operativ nəqliyyat vasitələrindən səsgücləndiricilər çıxarılıb.
Azərbaycanda bir sıra polis avtomobillərindən səsgücləndiricilər çıxarılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bir sıra operativ nəqliyyat vasitələrindən səsgücləndiricilər çıxarılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, qurğular xidməti fəaliyyəti zamanı səsgücləndiricilərə zərurət olmayan operativ nəqliyyat vasitələrindən çıxarılıb.

Əliyev deyib ki, mütəmadi olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıqlar verilirdi ki, səsgücləndiricilərdən yalnız zəruri hallarda istifadə olunsun.

"Bəzi əməkdaşlar tərəfindən səsgücləndiricilərdən yersiz istifadə edilməsini və bununla da əhalinin rahatsızlığını pozmalarını nəzərə alınaraq bir çox zərurət olmayan operativ nəqliyyat vasitələrindən bu cür səsgücləndiricilərin çıxarılmasına qərar verilib", - şöbə rəisi bildirib.

O əlavə edib ki, bu, Yol Patrul Xidmətinin bəzi avtomobillərinə və müşayiət-eskort maşınlarına şamil edilmir.

Xəbər lenti

Xəbər lenti