...

Ombudsman Aparatı RATİ əməkdaşının saxlanma şəraitini araşdırıb

Cəmiyyət Materials 13 İyun 2012 17:14 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşı Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) əməkdaşı Mehman Hüseynovla görüşüb.
Ombudsman Aparatı RATİ əməkdaşının saxlanma şəraitini araşdırıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Ombudsman Aparatının əməkdaşı Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) əməkdaşı Mehman Hüseynovla görüşüb. Bu barədə Ombudsman Aparatından çərşənbə günü Trend-ə daxil olan məlumatda deyilir.

İyunun 13-də RATİ rəhbəri Emin Hüseynov Ombudsman Aparatına zəng edərək, rəhbərlik etdiyi qurumun əməkdaşı Mehman Hüseynovun dünən Səbail rayon Polis İdarəsində saxlanıldığını bildirib, saxlanma şəraitini və ona qarşı rəftarın araşdırılmasını xahiş edib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşı Səbail RPİ-nin müvəqqəti saxlama təcridxanasına (MST) başçəkmə həyata keçirərək Mehman Hüseynovla görüşüb, onun saxlanma şəraitini araşdırıb, bədəninə baxış keçirib, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub.

Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işinin başlandığı müəyyən edilib.

Həmin şəxs saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı rəftardan narazılığını bildirməyib, hər hansı kobudluğa yol verilmədiyini, vəkillə təmin edildiyini, eyni zamanda, saxlanmasının əsassız olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti