...

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinə müraciət edib

Cəmiyyət Materials 13 İyun 2012 20:27 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yay mövsümünün başlaması ilə əlaqədar ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalara müraciət edib.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinə müraciət edib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yay mövsümünün başlaması ilə əlaqədar ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalara müraciət edib.

Trend-in məlumtına görə, Azərbaycanda yay mövsümünün açılışı ilə bağlı keçirilən mərasimdə çıxış edən Qarayev deyib ki, mehmanxana və turizm şirkətləri bu mövsümdə qonaqlara yüksək xidmət təqdim etməlidirlər.

Onun sözlərinə görə, əks halda, Azərbaycanda turizmin inkişafından danışmaq yersizdir.

Qarayev deyib ki, turizm şirkətləri və mehmanxanalar bütün təbəqələrin maddi imkanlarına uyğun gələn xidmətlər təqdim etməlidirlər. "Bununla da ölkədə turizmin düzgün yolla inkişaf etdiyi sübuta yetirilməlidir", - o deyib.

Nazir Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinin daim nəzarət altında saxlanılacağını da bildirib.

Xəbər lenti

Xəbər lenti