...

Azərbaycanda turizm sahəsi üzrə mükafat müsabiqəsi elan edilib

Cəmiyyət Materials 14 İyun 2012 12:46 (UTC +04:00)
Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət səviyyəsini yüksəltmək, Azərbaycanda mədəni-idraki, ekoloji, sağlamlıq və digər turizm növlərini stimullaşdırmaqdır.
Azərbaycanda turizm sahəsi üzrə mükafat müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakı Turizm İnformasiya Mərkəzi III Milli Turizm Mükafatı müsabiqəsini elan edib.

Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət səviyyəsini yüksəltmək, Azərbaycanda mədəni-idraki, ekoloji, sağlamlıq və digər turizm növlərini stimullaşdırmaqdır.

Müsabiqədə təşkilatlar, turizm və hotel biznesi təmsilçiləri, tədris və mədəniyyət təşkilatçıları, turizm infrastrukturuna aid müəssisələr iştirak edə bilərlər.

Qaliblər 27 Sentyabr - Ümumdünya Turizm Günündə mükafatlandırılacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 20-dən sentyabrın 20-dək ərizələrini təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti