...

TQDK 15 şagirdi buraxılış imtahanlarından xaric edib

Cəmiyyət Materials 14 İyun 2012 16:28 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirdiyi buraxılış imtahanlarında 15 şagirdi müxtəlif qayda pozuntularına yol verdikləri, imtahanın gedişinə mane olduqları və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edib və nəticələrini ləğv edib.
TQDK 15 şagirdi buraxılış imtahanlarından xaric edib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirdiyi buraxılış imtahanlarında 15 şagirdi müxtəlif qayda pozuntularına yol verdikləri, imtahanın gedişinə mane olduqları və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edib və nəticələrini ləğv edib.

Komissiyanın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb və qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.

Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti