...

Ramil Usubov: Azərbaycanda daxili işlər orqanlarında işə qəbulun müsabiqə yolu ilə aparılması vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir

Cəmiyyət Materials 15 İyun 2012 12:22 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.
Ramil Usubov: Azərbaycanda daxili işlər orqanlarında işə qəbulun müsabiqə yolu ilə aparılması vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir

Azərbaycan, Bakı, 15 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda daxili işlər orqanlarında işə qəbulun müsabiqə yolu ilə aparılması vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.

Daxili işlər orqanlarına qəbulun müsabiqə yolu ilə aparılmasının polisin işinin keyfiyyətinə müsbət təsir göstərdiyini deyən nazir qeyd edib ki, bu, problemin həlli üçün düzgün vasitədir.

Daxili işlər orqanlarına sıravi polis nəfərindən zabit heyətinə qədər işə qəbulun müsabiqə yolu ilə aparıldığını deyən nazir bildirib ki, bu, qanunda göstərilib və bu təcrübə gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, 15 İyun - Qurtuluş Günü münasibətilə bu gün Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti