...

Azərbaycanda əlillərin mənalı asudə vaxtının təşkili işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 16 İyun 2012 13:12 (UTC +04:00)
Bu gün 72 nəfərdən ibarət daha bir qrup əlil istirahət etmək məqsədilə Nabranda yerləşən "Əlincə" istirahət mərkəzinə yola salınıblar.
Azərbaycanda əlillərin mənalı asudə vaxtının təşkili işləri davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bu gün 72 nəfərdən ibarət daha bir qrup əlil istirahət etmək məqsədilə Nabranda yerləşən "Əlincə" istirahət mərkəzinə yola salınıblar. Bu barədə şənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər bu gün də yüksək səviyyədə davam etdirilir.

Bununla yanaşı, Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşularaq ölkədə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara digər vətəndaşlarla bərabər şəraitin yaradılması öhdəliyini öz üzərinə götürüb.

Qeyd olunanları nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" təsdiq edilib.

Proqramda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpasına, onların xarici ölkələrdə reabilitasiyasına şərait yaradılmasına, sanatoriya-kurort müalicələrinin təşkilinə, bədən tərbiyəsi və idmana cəlb edilməsinə, asudə vaxtının təşkilinə və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasına xüsusi diqqət yetirilib.

Bu tədbirlər sırasından əlillərin asudə vaxtının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi xüsusi əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, bu tədbir çərçivəsində il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 1050 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. İstirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir.

Bununla əlaqədar, Dövlət Sosial Təminat Xidməti tərəfindən əlillərin İsmayıllı, Lənkəran rayonlarında və Nabranda yerləşən istirahət zonalarına göndərilməsi ilə bağlı işlər görülüb.

Belə ki, 560 nəfərdən artıq əlil istirahət zonalarına göndərilib və onların istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub. Mədəni-kütləvi proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir.

Bunlarla yanaşı, nazirlik vətəndaş cəmiyyətlərinin yaxından iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələr həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti