...

Ekologiya Nazirliyindən meteohəssas insanlara şad xəbər

Cəmiyyət Materials 18 İyun 2012 13:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 19-dan 21-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir.
Ekologiya Nazirliyindən meteohəssas insanlara şad xəbər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlər ərzində meteohəssas insanlar üçün əlverişli hava şəraiti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 19-dan 21-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Belə hava şəraiti də meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.

İyunun 19-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti