...

Xanlar Vəliyev: Hərbi çağırışla əlaqədar heç bir şikayət daxil olmayıb (DÜZƏLİŞ)

Cəmiyyət Materials 18 İyun 2012 17:06 (UTC +04:00)
Yarandığı dövrdən indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən Hərbi Prokurorluğa hər hansı məlumat, ərizə, şikayət daxil olmayıb.
Xanlar Vəliyev: Hərbi çağırışla əlaqədar heç bir şikayət daxil olmayıb (DÜZƏLİŞ)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbaliyeva/

Yarandığı dövrdən indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən Hərbi Prokurorluğa hər hansı məlumat, ərizə, şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu respublika hərbi prokuroru Xanlar Vəliyev bazar ertəsi jurnalistlərə deyib.

O deyib ki, artıq bu xidmət tərəfindən müəyyən işlər görülüb, hərbi çağırış həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda hərbi çağırışı respublikanın hərbi komissarlıqları tərəfindən həyata keçirilirdi. Hərbi çağırışla əlaqədar çoxsaylı qanun pozuntuları barədə bir necə rayonun hərbi komissarlıqları ilə bağlı çinayət işləri başlamışdı. Bununla əlaqədar hərbi komissarlıqlar ləğv olunub, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xidmət yaradılıb.

Xəbər lenti

Xəbər lenti