...

Azərbaycanda ilk IMAX kinoteatrı açılacaq

Cəmiyyət Materials 19 İyun 2012 02:22 (UTC +04:00)
Azərbaycanda ilk IMAX kinoteatrı açılacaq. Bu barədə Trend-ə "Imax Corp" şirkətindən "Caspian Capital" şirkəti ilə müqavilə bağlanandan sonra bildirilib.
Azərbaycanda ilk IMAX kinoteatrı açılacaq

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanda ilk IMAX kinoteatrı açılacaq. Bu barədə Trend-ə "Imax Corp" şirkətindən "Caspian Capital" şirkəti ilə müqavilə bağlanandan sonra bildirilib.

Kinoteatr Bakıda bu ilin oktyabr ayında fəaliyyətə başlayacaq.

"Biz fəxr edirik ki, Azərbaycana IMAX-ı ilk dəfə bizim şirkət gətirib", - Caspian Capital-ın baş direktoru Emin Məmmədov söyləyib.

"Caspian Capital" investisiya qrupu Azərbaycanda kinoteatrlar və bu növ əyləncə mərkəzlərinin tikintisi ilə məşğul olur.

MDB məkanında 50-yə yaxın IMAX kinoteatrı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti