...

Azərbaycanda uşaq pornoqrafiyasını yayanları 5 ildən 8 ilədək həbs cəzası gözləyir

Cəmiyyət Materials 19 İyun 2012 11:51 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsinə bununla bağlı dəyişiklik təklif olunub.
Azərbaycanda uşaq pornoqrafiyasını yayanları 5 ildən 8 ilədək həbs cəzası gözləyir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaq pornoqrafiyasını yayanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsinə bununla bağlı dəyişiklik təklif olunub.

Dəyişiklikdə qeyd olunur ki, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratmaq, yaxud yaymaq və ya reklam etmək məqsədi ilə hazırlamaq, əldə etmə və ya saxlamaya görə 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əlavədə göstərilir ki, eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə, eyni zamanda, yetkinlik yaşına çatmayanların valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş şəxslər 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu əməllər yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsi daşıyan, təhsil, tərbiyə, tibb və ya digər müəssisənin müəllimi tərəfindən törədildikdə həmin şəxslər azadlıqdan məhrumetmə ilə bərabər, həm də 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum ediləcəklər.

Qanun layihəsi komitənin bu gün keçirilən iclasında Milli Məclisə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti