...

Şəxsi onun mülkiyyətində olan əmlak və gəlirlərdən məhrum edənlər cərimələnəcəklər

Cəmiyyət Materials 19 İyun 2012 11:55 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək.
Şəxsi onun mülkiyyətində olan əmlak və gəlirlərdən məhrum edənlər cərimələnəcəklər

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Şəxsi onun mülkiyyətində olan əmlak və gəlirlərdən məhrum edənlər cərimələnəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək.

Məcəlləyə təklif olunan digər dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər tətbiq edənlər, yəni şəxsi mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakından, gəlirlərdən məhrum edən, iqtisadi asılılıq yaradan, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönələn hərəkətlər edən şəxs 100 manatdan 300 manatadək cərimələnəcək.

Həmçinin, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təsir göstərilməsinə, yaxud dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətə görə 300 manatdan 500 manatadək cərimə təklif olunur.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardımı mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunur ki, bu əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Qanun layihəsi komitənin bu gün keçirilən iclasında Milli Məclisə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti