...

"Böyük Bakının regional inkişaf planı"nın növbəti mərhələsi ilə bağlı ictimai müzakirələr keçiriləcək

Cəmiyyət Materials 19 İyun 2012 12:52 (UTC +04:00)
"Böyük Bakının regional inkişaf planı"nın növbəti mərhələsi ilə bağlı iyulun sonunda Bakıda ictimai müzakirələr təşkil olunacaq.
"Böyük Bakının regional inkişaf planı"nın növbəti mərhələsi ilə bağlı ictimai müzakirələr keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

"Böyük Bakının regional inkişaf planı"nın növbəti mərhələsi ilə bağlı iyulun sonunda Bakıda ictimai müzakirələr təşkil olunacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, "Böyük Bakı" Sumqayıtdan Ələtədək Abşeron yarımadasını əhatə edən təxminən 280 min hektar ərazini nəzərdə tutur.

Dövlətxanov bildirib ki, iclasda inkişaf əraziləri, hansı yerlərdə hansı tikintinin aparılması müzakirə olunacaq.

O deyib ki, Komitənin, ilk növbədə, "Böyük Bakı"nın 2030-cu ilədək inkişaf istiqamətlərini və Bakının potensialını üzə çıxartmaq niyyəti var.

"Bizim Komitənin sifarişi ilə Bakının mərkəzi hissəsinin müfəssəl planı başa çatdırılıb və aidiyyəti orqanlar tərəfindən razılaşdırılıb. Bu sənəd artıq Bakı şəhər İcra Hakimiyyətinə təsdiq edilmək üçün təqdim olunub", - o deyib.

Dövlətxanov qeyd edib ki, bütün dünyada paytaxt şəhərinin mərkəzi hissəsi ən bahalı ərazilər hesab olunur.

"Bu səbəbdən Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planında mərkəzi hissədə yerləşən birmərtəbəli binaların əvəzinə, ilk növbədə, ümumşəhər əhəmiyyətli obyektlərin tikintisi və yaşıllıqların salınması nəzərdə tutulur", - o deyib.

Xəbər lenti

Xəbər lenti