...

Azərbaycanda rezidenturaya qəbul qaydaları və proqramları açıqlanıb

Cəmiyyət Materials 19 İyun 2012 17:21 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydaları və qəbul proqramlarını açıqlayıb.
Azərbaycanda rezidenturaya qəbul qaydaları və proqramları açıqlanıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydaları və qəbul proqramlarını açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu məlumatlar "Rezidentura" jurnalının xüsusi buraxılışının 1-ci sayında çap edilib. Jurnalda test tapşırığı nümunələri, bəzi test tapşırıqlarının izahları və tövsiyələr də təqdim edilib.

Rezidenturaya qəbula hazırlaşan namizədlər rezidentura səviyyəsi üzrə ixtisasları necə seçmələri və imtahana hansı qəbul proqramları əsasında hazırlaşmaları ilə jurnalda verilmiş "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli"ndə tanış ola bilərlər.

Rus bölməsi üzrə qəbula hazırlaşan namizədlər üçün "Rezidentura" jurnalının rus dilində versiyası elektron formatda (pdf) təqdim edilib. Onu www.tqdk.gov.az/ejurnal linki vasitəsilə əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti