...

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının qurultayı keçiriləcək

Cəmiyyət Materials 20 İyun 2012 14:00 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) iyunun 30-da qurultayı keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) iyunun 30-da qurultayı keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Qurultayda Milli Şuranın ötən dövr ərzində gördüyü işlərin hesabatı dinləniləcək. Bundan başqa, ARGTMŞ-nin sədrliyinə və digər seçkili orqanlara seçkilər keçiriləcək. Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var - Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadə.

Qeyd edək ki, hazırda sədrlikdən əlavə, ARGTMŞ-nin büro üzvlüyünə və digər seçkili orqanlarəna 18 namizəd var.

Xəbər lenti

Xəbər lenti