...

Azərbaycanda növbəti buraxılış imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 20 İyun 2012 13:59 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də tam və ümumi orta təhsil bazasında keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda növbəti buraxılış imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də tam və ümumi orta təhsil bazasında keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

Xəbər lenti

Xəbər lenti