...

Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 20 İyun 2012 14:10 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə iyunun 1-dən 15-dək apardığı növbəti araşdırmanın nəticələrini açıqlayıb.
Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə iyunun 1-dən 15-dək apardığı növbəti araşdırmanın nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova çərşənbə günü Trend-ə bildirib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntuları aşkarlanıb. Bununla əlaqədar 119 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 47 müddətli məcburi göstəriş verilib.

İbrahimov bildirib ki, ümumilikdə, 46 iş üzrə 253750 manat məbləğində cərimə tətbiq olunub. Ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 16332.9 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 186 iş üzrə 117825.94 manat məbləğində ödəmə tətbiq edilib.

Nazirlik rəsmisinin sözlərinə görə, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, məhkəməyə 1, icra qurumlarına isə 36 iş göndərilib.

Xəbər lenti

Xəbər lenti