...

Gürcüstanda Azərbaycan vətəndaşını döyməkdə təqsirləndirilənlər saxlanılıb

Cəmiyyət Materials 20 İyun 2012 18:44 (UTC +04:00)
Gürcüstan DİN-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, Rustavi şəhərindəki restoranların birində Qəribov Tornika Arevadze və Vaxtanq Daneliya tərəfindən döyülüb və təhqir olunub.
Gürcüstanda Azərbaycan vətəndaşını döyməkdə təqsirləndirilənlər saxlanılıb

Gürcüstan, Tbilisi, 20 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Azərbaycan vətəndaşı Nazim Qəribovu döyməkdə təqsirli bilinən iki şəxsi saxlayıb.

Gürcüstan DİN-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, Rustavi şəhərindəki restoranların birində Qəribov Tornika Arevadze və Vaxtanq Daneliya tərəfindən döyülüb və təhqir olunub.

Şübhəlilər saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin 118-ci maddəsinin üçüncü hissəsi (qəsdən sağlamlığa qismən zərər vurma) üzrə aparılır. Arevadze və Daneliyanın günahı təsdiqlənərsə, onları beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti