...

Azərbaycanda 61 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 21 İyun 2012 13:01 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir
Azərbaycanda 61 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi saxlanılıb.

Trend-in Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 11-16-da Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin paytaxtında, həmçinin Salyan, Lənkəran, Masallı və Yardımlı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər nəticəsində Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti