...

Azərbaycanda gənc ailələrə dəstəklə bağlı yeni QHT yaradıldı

Cəmiyyət Materials 21 İyun 2012 17:29 (UTC +04:00)
Azərbaycanda Gənc Ailələrə Sosial və Psixoloji Dəstək İctimai Birliyi təsis edilib. Trend-in məlumatına görə, bu barədə Birliyin sədri jurnalist İradə Cəlilova bildirib.
Azərbaycanda gənc ailələrə dəstəklə bağlı yeni QHT yaradıldı

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Gənc Ailələrə Sosial və Psixoloji Dəstək İctimai Birliyi təsis edilib. Trend-in məlumatına görə, bu barədə Birliyin sədri jurnalist İradə Cəlilova bildirib.

Birliyin əsas məqsədi gənc ailələrə psixoloji, hüquqi, tibbi və sosial dəstək göstərmək və onların maarifləndirilməsindən ibarətdir.

Cəlilovanın sözlərinə görə, Birliyin vəzifələri sırasına gənc ailələrin sosial problemləri ilə bağlı araşdırmalar aparmaq, ailə quran gənclərin psixoloji xidmətlərə çıxışını təmin etmək, gənc qadınların ailədaxili zorakılıqdan qorunmasına yardım göstərmək, məişət zorakılığının qurbanı olan gənc qadınlara xidmətlər göstərmək, gənc ailələrin məşğulluq problemlərinin həllinə dəstək göstərmək, gənc ailələrin övladlarının maarifləndirilməsinə dəstək göstərmək, gənc ailələr üçün təlim və seminarlar keçirmək, erkən nikahların qarşısının alınması üçün tədbirlər həyata keçirməkdən ibarət olacaq.

Birlik müxtəlif dövlət orqanları, beynəlxlaq təşkilatlar, QHT-lər və KİV-lərlə sıx əməkdaşlıq etməyi planlaşdırır və artıq müxtəlif koalisiya və şəbəkələrə üzvlük üçün müraciət edib. Artıq Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyası Birliyi üzvlüyə qəbul edib.

Xəbər lenti

Xəbər lenti