...

Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 22 İyun 2012 09:43 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun kəndlərində seçicilərin qəbulunu keçirir
Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun kəndlərində seçicilərin qəbulunu keçirir.

Trend-in məlumatına görə, iyunun 21-də millət vəkili İsmayıllı rayonunun Xənəyə kəndində sakinlər ilə görüş keçirib. Görüş rayon İcra Hakimiyyəti başçısının müavini və yerli hökumət strukturlarının rəhbərlərinin iştirakı ilə kənd orta məktəbinin binasında təşkil olunub. Kənd sakinlərinin qaldırdığı sosial məsələlərlə yanaşı, kəndin içərisində olan elektrik dirəklərinin dəyişdirilməsi, təbii qazın verilməsi və çay sahilində bəndbərkitmə işlərinin aparılması kimi məsələlər də yer alıb. Bu məsələlərlə bağlı müvafiq qurumlara müraciətin ediləcəyini bildirən deputat, rayon ərazisində həyata keçirilən layihələrdən, xüsusilə infrastrukturun yenilənməsndən də söhbət açıb. Digər kəndlərdə də belə səyyar görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, iyunun 15-i Milli Qurtuluş günü ilə əlaqədar İsmayıllı rayonunda Novruz Aslanovun təşəbbüsü ilə aztəminatlı ailələrdən olan 14 oğlan uşağı üçün sünnət mərasimi keçirilib. Hər bir uşağa hədiyyə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti