...

Əfv komissiyası müraciətləri araşdırır

Cəmiyyət Materials 22 İyun 2012 12:07 (UTC +04:00)
Prezident yanında Əfv komissiyasına daxil olan bütün müraciətlər və sənədlər araşdırılır. Trend-in məlumatına görə, bunu Əfv komissiyasının üzvü, deputat Azay Quliyev cümə günü jurnalistlərə bildirib
Əfv komissiyası müraciətləri araşdırır

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Prezident yanında Əfv komissiyasına daxil olan bütün müraciətlər və sənədlər araşdırılır.

Trend-in məlumatına görə, bunu Əfv komissiyasının üzvü, deputat Azay Quliyev cümə günü jurnalistlərə bildirib.

"Bütün müraciətlərə komissiyada obyektiv və ədalətli şəkildə baxılır və müvafiq tövsiyə sənədi hazırlanaraq Prezidentə təqdim edilir", - Quliyev deyib.

O növbəti əfvin nə vaxt olması və hansı sayda insanın əfv olunacağı barədə məlumatsız olduğunu bildirib.

"Biz bu sayı qabaqcadan açıqlamırıq, siyahıda neçə nəfərin olmasını cənab Prezident müəyyənləşdirir", - o deyib.

Quliyevin sözlərinə görə, komissiyaya daxil olan elə bir sənəd yoxdur ki, diqqətdən kənarda qalsın.

"Kim ki, Əfv komissiyasına müraciət edir, həmin müraciətlərə Əfv komissiyasının üzvləri tərəfindən birmənalı baxılır" deputat deyib.

Dindarların həbsi ilə bağlı məsələyə toxunan deputat bildirib ki, həm Əfv komissiyasının tələblərinə, həm də əfvin fəlsəfəsinə görə yalnız o şəxslərin ərizəsinə müsbət baxılır ki, həmin məhbusların törətdiyi əməllər ictimai baxımdan cəmiyyət üçün böyük təhlükə yaratmır.

"Əgər hər hansı bir cinayət əməli kifayət qədər ictimai təhlükə yükü daşıyırsa, onun yenidən əfv olunmasının heç bir mənası yoxdur. Çünki biz yenidən həmin təhlükəli insanları cəmiyyətə qaytara bilmərik" - Quliyev deyib.

Xəbər lenti

Xəbər lenti